Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında baş tutan G20 sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında Polşaya düşən raket barədə danışıb.
Yeniavaz.com xəbər verir ki, Ərdoğan raketlərin Rusiya tərəfindən atılmadığına inandığını bildirib.
“Rusiyanın açıqlamasına hörmət etməliyəm. Rusiyanın “Bu işin bizimlə əlaqəsi yoxdur” deməsi bizim üçün önəmlidir. Baydenin də bu raketlərin Rusiya istehsalı olmadığını açıqlaması bunun Rusiya ilə əlaqəli olmadığını göstərir. Bu bir texniki problem və ya fərqli bir şey ola bilər. Buna görə də təhqiqat, araşdırma şərtdir”, - Türkiyə prezidenti deyib.
[Polonya'ya füze düşmesi]
— TRT Haber Canlı (@trthabercanli) November 16, 2022
Cumhurbaşkanı Erdoğan: Biden'in füzelerin Rus yapımı olmadığını açıklaması Rusya ile alakası olmadığını göstermektedir. İnceleme, araştırma şarttır. https://t.co/dr93wvgk8s pic.twitter.com/KwVeQswvfV