Rusiya MN Polşaya düşən raketlərlə bağlı açıqlama yaydı - Yenilənib


“Polşa KİV-ləri və rəsmilərinin Prjevoduv bölgəsində Rusiya raketlərinin düşməsi ilə bağlı bəyanatları məqsədli təxribatdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Rusiya Silahlı Qüvvələrinin Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirmədiyini bildirib. 
Onlar həmçinin vurğulayıblar ki, Polşada hadisə yerindən mediada dərc olunan dağıntıların Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur. 
Qeyd edək ki, məsələ ilə bağlı ABŞ-dan da açıqlama gəlib. Onlar hadisənin araşdırıldığını dəqiq məlumat barədə xəbər veriləcəyini bildirib.

***23:03
Polşanın şərqində, Ukrayna ilə sərhəddə yerləşən kəndə 2 raket düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Polşanın ZET radiosu qeyri-rəsmi mənbələrə istinadla məlumat yayıb.
Hadisə Lübelski voyevodalığının Prjevodov kəndində baş verib. Radiostansiyanın məlumatına görə, iki nəfər həlak olub. Polis, prokurorluq və ordu hadisə yerindədir.
Ətraflı məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top