Ukraynada 15 enerji infrastrukturu vurulub - Yenilənib


Noyabrın 15-də Ukraynada 90-dan çox raket atılıb, müxtəlif regionlarda 15 enerji infrastrukturu obyekti zədələnib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirilo Timoşenko bildirib.
Xatırladaq ki, bu gün Rusiya Ukraynanın müxtəlif şəhərlərinə o cümlədən paytaxt Kiyevə raket zərbələri endirib.

***19:25
Xarkov vilayətində kritik infrastruktur obyektlərinə zərbələr endirilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə vilayət hərbi idarəsinin rəisi Oleq Sinegubov məlumat verib.
“Elektrik enerjisində fasilələr var, yerlərdə bütün müvafiq xidmətlər işləyir. İlkin məlumata görə, itki yoxdur”, - deyə o “Telegram”da yazıb.
Qeyd edək ki, Rusiya Ukraynanın Kiyev vilayətinə, Kiyevə, Xarkova və digər rayonlarına zərbələr endirib.

DİGƏR XƏBƏRLƏR

Top