Son sutkada 36 nəfər yoluxdu


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 612 nəfər müalicə olunaraq sağalıb, 9 965 nəfər vəfat edib, aktiv xəstə sayı 184 nəfərdir.

Ölkədə son sutka ərzində 2 448, hazırkı dövrədək isə 7 347 597 test aparılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top