Rusiya Kiyevi vurdu, 2 bina dağıldı - Yenilənib + Video


Rusiya Ukraynanın paytaxtı Kiyevə zərbələr endirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat paylaşıb.

O bildirib ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri paytaxt üzərində bir neçə raketi vurub.

Hadisə yerinə xilasedicilər və təcili tibb yardım briqadaları cəlb olunub.


***18:01
Ukraynanın paytaxtı Kiyevdə və Kiyev vilayətində partlayışlar baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb. 
Bildirilib ki, ölkənin Sumı və Odessa vilayətlərində də partlayışlar qeydə alınıb. Ümumilikdə isə Ukraynanın bütün vilayətlərində hava hücumu təhlükəsi elan olunub.
Hadisə barədə hələlik ətraflı məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top