Fransada ölümünə polisin səbəb olduğu 80 yaşlı qadına görə petisiya başladıldı


Fransada 80 yaşlı Zineb Reduanın polis tərəfindən qətlə yetirilməsi ilə bağlı qalmaqal davam edir.

Yeniavaz.com "Amnesty İnternational" təşkilatına istinadən xəbər verir ki, Əlcəzairdən Fransaya köçmüş Reduan 2018-ci ildə Marsel şəhərində polis tərəfindən gözyaşadırıcı qumbara ilə atəşə tutularaq həlak olub. Gözyaşardıcı qaz qumbarasından ehtiyatsız istifadə edilmə nəticəsində öldürülən Zinebin vəfatından dörd il keçsə də, onun ölümü ilə bağlı istintaq hələ də davam edir və qətlə görə heç kim ittiham olunmayıb.
Qeyd edək ki, Zineb Reduan evinin qarşısında etiraz aksiyaları baş verən zaman evinin pəncərəsini bağlayarkən gözyaşardıcı qaz qumbarası atəşinə məruz qalıb. Yaxınları Fransa polisinin faciəyə görə məsuliyyətə cəlb olunmasını tələb edir.
Bununla bağlı petisiya yaradılıb. Petisiyada qumbaradan atəş açmaqda şübhəli bilinən polis məmuru və onun qətlində əli olanların hamısının tam məsuliyyətə cəlb edilmələri tələb edilib.

DİGƏR XƏBƏRLƏR

Top