Zambiya Rusiyadan öz vətəndaşının Ukraynada ölməsi barədə izahat tələb edir


Moskva Mühəndislik Fizika İnstitutunda Nüvə Mühəndisliyi ixtisası üzrə təhsil alan, lakin sonradan doqquz il altı ay müddətinə azadlıqdan məhrum edilən Zambiyadan olan 23 yaşlı tələbə Natan Nyirenda 22 sentyabrda Rusiya və Ukrayna arasındakı döyüş cəbhəsində həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ötən gün Zambiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Zambiya hökuməti Rusiya hakimiyyətindən Moskvada həbs cəzası çəkən Zambiya vətəndaşının hansı şəraitdə Ukraynada döyüşmək üçün cəlb oluna və sonradan həyatını itirə biləcəyi barədə təcili məlumat verməyi tələb edib.
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov isə məsələnin araşdırıldığını bildirib.
“Əlbəttə, biz bunu araşdırırıq”, - deyə o, müvafiq suala cavab verib.

DİGƏR XƏBƏRLƏR

Top