Gürcüstanda İsrail vətəndaşının qətlini planlaşdıranlar saxlanıldı


Gürcüstanda İsrail vətəndaşını öldürməyi planlaşdıran bir qrup şəxs saxlanılıb.
Yeniavaz.com
Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, iş üzrə ikili - Gürcüstan və İran vətəndaşlığı olan şəxslər də saxlanılıb:
“Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Pakistan vətəndaşlığı, habelə ikili, İran-Gürcüstan vətəndaşlığı olan şəxslər saxlanılıb. Xaricdə yaşayan təşkilatçılar, o cümlədən qətlin sifarişçisi olduğu ehtimal edilən İran vətəndaşı və digər iştirakçılar müəyyən edilib, barələrində kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
İstintaq müəyyən edib ki, Pakistan vətəndaşı Gürcüstana ölkədə olan İsrail vətəndaşını öldürmək məqsədi ilə gəlib. Silahı ona ikili vətəndaşlığı olan şəxslər verib:
“İş üzrə aparılan əməliyyat-axtarış tədbirləri zamanı cinayətin törədilməsində iştirak edən və ona köməklik göstərən digər şəxslər müəyyən edilir”.

DİGƏR XƏBƏRLƏR

Top