DİN-in yarım milyonluq tenderini udan şirkət haqqında maraqlı detallar...


Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 455 min 408 manat 52 qəpik olan tender müsabiqəsinin qalibi “Türklər LTD şirkəti” (VÖEN- 2900089921) olub.
“Türklər LTD” DİN-nin Baş Mühafizə İdarəsinin Bakı, Sumqayıt şəhər və Abşeron rayon mühafizə hissələrinin balasında olan avtomobillərə servis xidməti göstərəcək və ehtiyyat hissələri satacaq.
Nizamnamə kapitalı 200 manat olan “Türklər LTD”-nin hüquqi ünvanı Yasamal rayonu, Hüseyn Cavid pr, ev 32, m. 33-də yerləşir. Şirkətin qanuni təmsilçisi Həməşəyev Xoca İbrahim oğludur.
Onu da qeyd edək ki, DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinin 07.05.2021-ci ildə keçirdiyi 2,8 milyon manatlıq və 25.07.2022-ci il tarixində keçirdiyi 2,77 milyon manatlıq  analoji tender müsabiqələrinin də qalibi “Türklər LTD” olub.
Xəbəri rus dilində oxuyun: Интересные подробности о компании, выигравшей полумиллионный тендер МВД...

 “Türklər LTD” daha çox “KerbaAvto” markası ilə tanınır. “Türklər LTD”nin qanuni təmsilçisi Həməşəyev Xoca eyni zamanda “KerbaAvto”da ofis meneceri vəzifəsində çalışır.
“Kerba Avto Servıs” MMC (VÖEN – 1306216631) 05.08.2019-cu ildə təsis olunub. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə, ev 37A, m. 24-də yerləşir. “Kerba Avto Servıs” MMC də bugünə kimi onlarla tender müsabiqəsinin qalibi olub. “Kerba Avto”nun rəsmi saytında qeyd olunur ki, bu marka “Türklər LTD şirkəti”nə məxsusdur.
“Kerba Avto Servıs” MMC-nin qanuni təmsilçisi İlqar Muradxan Fərəci Nurəddin oğlu eyni zamanda “My Auto Servıce MMC” MMC-nin (VÖEN- 2004794361) qanuni təmsilçisidir.
“My Auto Servıce” MMC ilə eyni ünvanda -  Xətai rayonu, Sabit Orucov, ev 8A, m. 7-də “My Auto” MMC (VÖEN – 1503331321) adlı daha bir şirkət təsisi olunub. Bu şirkət də çoxsaylı tenderlərin qalibi olub.
Bu şirkətə bağlı olan “My Auto Service” adlı avtomobillərin təmir mərkəzi Bakıda - Əlişir Nəvai 19 A ünvanında yerləşir. 
Açıqlanan məlumatlarda bildirilir ki, “My Auto Service” mərkəzində əsasən “Toyota” və “Lexsus” markalı avtomobillər təmir olunur. Bu təmir mərkəzinə bağlı olan “JLR My Auto Service” mərkəzlərində isə “Jaguar”, “Land Rover” və “Range Rover” markalı avtomobillər təmir edilir.
Təmir mərkəzilə eyni adı daşıyan “JLR Service” MMC (VÖEN – 1503256771) isə 25.07.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Ağa Nemətulla, ev 23, m. 84-də yerləşən MMC-nin qanuni təmsilçisi Şıxəliyev Elçin Ələskər oğludur. Bundan başqa Nərimanov rayonu, Xətai pr, ev 5, m. 62-də Qəmərli Orxan Zəlimxan oğlunun rəhbərlik etdiyi “JLR Auto” MMC (VÖEN-1505372331) adlı daha bir şirkət 19.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. “JLR Auto” MMC də bir sıra dövlət qurumlarının tender müsabiqəsində qalib olub. 2021-ci ilin fevral ayında yaranan şirkət cəmi 3 ay sonra – may ayında Maiyyə Nazirliyinin keçirdiyi 11 min manatlıq tender müsabiqəsində qalib olub. Bu şirkət 4-5 ay əvvəl Bakı Nəqliyyat Agentliyinin (BNA) 178 min manatlıq tenderində də qalib olub.
Bu şirkətlərlə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, “My Auto Service” mərkəzinin “Facabook” səhifəsində e-mail ünvanı kimi [email protected] göstərilib. Eyni zamanda əlaqə üçün qeyd olunan mobil telefon nömrəsi (055 203 11 21) həm də “Bəşir Bünyadov 40A” ünvanında yerləşən “Okean Avto Servis” mərkəzinə aiddir. Bakının məşhur təmir salonlarından olan “Okean Avto Servis”ilə bərabər “Babək Prospekt 21” ünvanında “Okean Avtosalon” adlı avtomobil satış mərkəzi də fəaliyyət göstərir. Bu mərkəzlərlə eyni adda olan “Okean Avto” MMC (VÖEN-1301673961) adlı şirkət 03.06.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Nəriman Nərimanov pr, ev 57/24, m. 33-də yerləşir. Qanuni təmsilçisi Hacıyev Əhsən Zabit oğludur.
Qeyd olunanlardan belə görünür ki, fərqli adlar altında fəaliyyət göstərmələrinə baxmayaraq ölkənin aparıcı avtomobil servisi mərkəzləri vahid mərkəzdən idarə olunur.
Bu il yazıda adları qeyd olunan şirkətlərin qalib olduqları bəzi tenderlər aşağıdakı kimi olub: 


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top