Türkiyədəki terror aktına görə 50 nəfər saxlanılıb


Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İstiklal küçəsində 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə bağlı son məlumatı paylaşıb.
Yeniavaz.com
xəbər verir ki, o, saxlanılanların sayının 50-ə çatdığını bildirib.
“Kimin tərəfində olmasından asılı olmayaraq hər cür terroru qınayırıq. Terror təşkilatları bəşəriyyətin düşmənidir. Türkiyə dünən olduğu kimi bu gün də terrorla mübarizəsini qətiyyətlə davam etdirir. Hücumla bağlı saxlanılanların sayı 50 nəfərə çatıb. Heç bir terror təşkilatı, Türkiyəyə qarşı heç bir oyun, hücumda uğur qazana bilməz”, - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top