Dünya əhalisinin sayı 8 milyarda çatdı


Dünya əhalisi 8 milyard oldu.

Yeniavaz.com BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, 2022-ci il noyabrın 15-də dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb. Məlumatda qeyd edilir ki, əhalinin artımındakı ən böyük pay, dünyanın ən yoxsul ölkələrinin yer aldığı Afrika qitəsinə düşür.
BMT-nin məlumatına görə dünya əhalisinin 7 milyarddan 8 milyarda yüksəlməsi üçün 12 il tələb olunub. Ancaq dünya əhalisinin 9 milyarda çatması üçün proqnozlara görə, təxminən 15 il - 2037-ci ilə qədər vaxt lazım olacaq. Bu da dünya əhalisinin ümumi artım tempinin yavaşladığını göstərir.

DİGƏR XƏBƏRLƏR

Top