Paşinyan və Xovayev Azərbaycanla normallaşmanı müzakirə etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Yeniavaz.com
 “Sputnik Armenia”ya istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan arasında münasibətlərin nizamlanması müzakirə olunub.
Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə baş tutan üçtərəfli görüşü barədə də danışıblar.
Bundan sonra, İqor Xovayev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top