Ukrayna Luqanskda 12 yaşayış məntəqəsini azad etdi


“Ukrayna Silahlı Qüvvələri artıq Luqansk vilayətinin 12 yaşayış məntəqəsini rus işğalçılarından azad edib”.
Yeniavaz.com
xəbər verir ki, bunu Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday deyib.
O bildirib ki, rus əsgərləri onlardan bu yaxınlarda azad edilən kəndlərə güclü atəş açır.
Onun sözlərinə görə, Beloqorovka Rusiya ordusu tərəfindən davamlı atəşə və hücumlara məruz qalır və ümumilikdə rayonda hər gün ağır döyüşlər gedir:
“Topçularımızın uzaq mənzilli silahları var ki, bu da bizə düşmən xəttlərinin arxasındakı məsələləri həll etməyə imkan verir - bu, cəbhə xəttində vəziyyəti xeyli asanlaşdırır”.

DİGƏR XƏBƏRLƏR

Top