BƏƏ-yə səfər edənlər üçün pandemiya məhdudiyyətləri ləğv olunub


"Azərbaycan Hava Yolları" QSC Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər etmək istəyənlərə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, müraciətdə, artıq bu istiqamətdə səyahət edənlərdən koronavirus (COVID-19) pandemiyası ilə bağlı PSR-testi və yaxud vaksin sertifikatının tələb olunmayacağı bildirilir.
"Dubaya səyahət edən sərnişinlərin nəzərinə!
Artıq Birləşmiş Ərəb Əmirliklərinə səyahət etmək üçün COVID-19-a dair PSR-test və yaxud vaksin sertifikatı tələb olunmur.
Azərbaycan vətəndaşları üçün öncədən viza rəsmiləşdirmək kifayətdir", - AZAL-ın yaydığı məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top