Çin lideri ilə görüş barədə Baydendən açıqlama - Yenilənib


ABŞ və Çin arasında yeni “soyuq müharibə” olmayacaq.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə görüşdən sonra danışıb.
O bildirib ki, Si Cinpinlə görüşü səmimi keçib:
“Mən tam inanıram ki, yeni “soyuq müharibə” olmayacaq. Mən Çin tərəfindən Tayvanın işğalına dair hər hansı bir cəhd olacağını düşünmürəm”.
Bayden həmçinin qeyd edib ki, ABŞın Tayvan siyasətin qətiyyən dəyişməyib.

***16:36
Çin lideri Si Cinpin və ABŞ prezidenti Co Bayden Balidə çoxdan gözlənilən danışıqlar üçün görüşüblər.
Yeniavaz.com
“Reuters”a istinadla xəbər verir ki, görüşün əvvəlində ölkə liderləri Çin və Amerika bayraqları önündə gülümsəyərək əl sıxıblar.
"Ölkələrimizin liderləri olaraq, Çin və ABŞ-ın fikir ayrılıqlarını idarə edə biləcəyimizi, rəqabətin münaqişəyə çevrilməsinin qarşısını ala biləcəyimizi və qarşılıqlı əməkdaşlığımızı tələb edən aktual qlobal məsələlərdə birgə işləməyin yollarını tapa biləcəyimizi göstərmək üçün məsuliyyəti paylaşdığımıza inanıram", - deyə Bayden bildirib.
O, həmçinin dünyada iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi problemlərinə toxunub.
Si Cinpin isə deyib ki, iki ölkə arasında münasibətlər qlobal gözləntilərə uyğun deyil:
"Buna görə də biz Çin-ABŞ münasibətləri üçün düzgün kursu müəyyənləşdirməliyik. İkitərəfli münasibətləri inkişaf etdirmək və onları yeni səviyyəyə çıxarmaq üçün düzgün istiqamət tapmalıyıq".
"Dünya Çin və ABŞ-dan münasibətləri düzgün idarə etmələrini gözləyir", - deyən Çin lideri, münasibətləri yenidən yoluna qoymaq üçün Baydenlə işləməyi səbirsizliklə gözlədiyini bildirib.
Tayvan, Ukrayna və Şimali Koreyanın nüvə ambisiyalarının onların əsas müzakirə mövzusu olacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top