İstanbulda bomba partladan qadının ilk ifadəsi - Etiraf etdi...


İstanbulun İstiklal küçəsinə bomba qoyaraq qaçan terrorçu qadını tutmaq üçün hadisə yerinə gedən yollardakı 1200 təhlükəsizlik kamerası araşdırılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, qadının taksi ilə hadisə yerini tərk edərək Esenler rayonuna getdiyi müəyyən edilib. Araşdırmalarla qadınla təmasda olduğu üzə çıxan 21 ünvanda əməliyyat aparılıb.
Əməliyyat zamanı 46 nəfər tutularaq saxlanılıb. Şübhəlilərin dindirilməsi zamanı bombanı yerləşdirən qadının Küçükçekmece rayonundakı bir ünvana getdiyi müəyyən edilib. Sözügedən ünvanda həyata keçirilən əməliyyatda hadisəni törədən Suriya əsilli Əhlam Əlbəşir tutulub.
Şübhəlinin dindirilməsi zamanı onun PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyi və hərəkətə keçmək üçün Afrin-İdlib üzərindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğu öyrənilib.
Hadisə ilə bağlı başladılan araşdırmaların çoxşaxəli şəkildə davam etdiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top