Lavrov ürək probleminə görə İndoneziyada xəstəxanaya yerləşdirilib? - Video


Rusiya xarici işlər naziri Sergey Lavrovun G20 sammitinin keçiriləcəyi İndoneziyanın Bali adasındakı ən böyük “Sanglah” xəstəxanasına yerləşdirildiyi iddia edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Nəşrin məlumatına görə, nazir ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.
Bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumatı təkzib edib.
O, S.Lavrovun oteldə olduğunu əks etdirən görüntülər paylaşıb.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top