"ABŞ-ın başsağlığını qəbul etmirik, rədd edirik"


Türkiyənin daxili işlər naziri Süleyman Soylu Taksimdəki terror aktı ilə bağlı jurnalistlərə açıqlama verib.
Yeniavaz.com 
“TRT”ə istinadən xəbər verir ki, S.Soylu Taksimdəki jurnalistlərə açıqlama verəkən bunları deyib:
“Bizə verilən mesajı aldıq. Bizə nə mesaj verildiyini də bilirik. Bir daha vurğulayıram, ABŞ səfirliyinin başsağlığını qəbul etmirik, rədd edirik. Kobanidə terrorçu qruplara, oradan Türkiyədəki əmin-amanlığı pozmağa çalışan zehniyyətə dəstək verən, öz senatlarından pul göndərən bir dövlətlə müttəfiqliyimiz müzakirə olunmalıdır. Biz heç kimin düşməni deyilik. Heç kimə xəyanət etmirik. Terror hadisənin baş verdiyi İstiklal küçəsi bizim nazlı qızımızdır”.

DİGƏR XƏBƏRLƏR

Top