İsrail Suriyanın hərbi bazasını vurdu - Ölü və yaralılar var


İsrail Suriyanın hərbi bazasına hava zərbəsi endirib.

Yeniavaz.com “Cbsnews”a istinadən xəbər verir ki, nəticədə 2 əsgər ölüb, 3-ü yaralanıb.
İsrailin döyüş təyyarələri qonşu Livan üzərində uçduqdan sonra Suriyanın Şayrat aviabazasına raket zərbələri endirib. Raketlərdən bəziləri hədəflərinə çatmamış vurulub. Hücumda məqsəd uçuş zolağını sıradan çıxarmaq olub.
Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupundan bildirilib ki, raket hücumu bölgədəki İranın dəstəklədiyi qırıcıların mövqelərini hədəf alıb.
Qeyd edək ki, sentyabrın 17-də İsrailin Dəməşq Beynəlxalq Hava Limanına və Suriya paytaxtının yaxınlığındakı hərbi postlara endirdiyi zərbələr nəticəsində də 5 əsgər həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top