İstanbuldakı terrorla bağlı saxlanılanların sayı açıqlandı - Yenilənib


İstanbulda törədilən terror aktı ilə əlaqədar indiyədək 46 nəfər saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib.

***08:50
Türkiyənin daxili işlər naziri Süleyman Soylu dünən İstanbulda baş verən partlayışla bağlı açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, partlayış zamanı 3 ailədən 6 nəfərin həyatını itirdiyini, 81 nəfərin isə yaralandığını bildirən Süleyman Soylu, bombanı hadisə yerinə qoyan şəxsin saxlanıldığını deyib.
“Hadisəni törədən və bombanı qoyan şəxs İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb. Bundan əvvəl hadisə ilə bağlı daha 21 nəfər saxlanılmışdı. Əldə etdiyimiz məlumatlar əsasında sifarişçinin PKK/PYD terror təşkilatı olduğunu düşünürük”.
Soylu yaralıların vəziyyəti ilə bağlı da danışıb:
“81 yaralımız var idi. 50 yaralımız artıq evə buraxılıb. Yaralılarımızdan 5-i reanimasiyadadır. 2 yaralımızın da vəziyyəti ağırdır”.
Qeyd edək ki, artıq Türkiyə mətbuatında bombanı hadisə yerinə qoyub qaçan qadının fotoları yayılıb.



DİGƏR XƏBƏRLƏR

Top