Azərbaycanda bu günə qədər 13,9 milyondan çox vaksin vurulub


Azərbaycanda son sutkada 424 nəfər vaksinasiya olunub.

Yeniavaz.com Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadən xəbər verir ki, gün ərzində birinci doza vaksinlərin sayı 103, ikinci doza vaksinlərin sayı 96 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 190-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 35 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 915 808 olub.

DİGƏR XƏBƏRLƏR

Top