2020-ci ilin oktyabrın 18-də Azərbaycan ordusu tərəfindən Xudafərin körpüsünün düşmən işğalından azad olunması Cənubi Azərbaycandakı soydaşlarımız tərəfindən coşqu ilə qarşılanıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı yeni videogörüntülər yayılıb.
Cənubi Azərbaycandakı soydaşlarımız əsgərlərimizlə birlikdə “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarları səsləndiriblər.