Jerar Depardye Rusiyadakı biznesini dayandırır


Fransız aktyor Jerar Depardye Rusiyadakı "ПЦ ЖД" prodüser mərkəzini bağlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS”a aktyorun dostu və prodüseri Arno Frill məlumat verib.
O bildirib ki, buna səbəb layihələrin dayandırılmasıdır və bunun Rusiya-Ukrayna müharibəsi ilə heç bir əlaqəsi yoxdur: “Struktur audiovizual layihələrin inkişafı üçün yaradılıb və onu aktiv fəaliyyətsiz saxlamaq sərfəli deyil. Bu, hətta fasilələr zamanı da pula başa gəlir”.
O əlavə edib ki, layihələrə tələbat olanda şirkət yenidən açıla bilər.
 

DİGƏR XƏBƏRLƏR

Top