Avropaya ən çox bu ölkələrin vətəndaşları sığınmaq istəyir – Aralarında Türkiyə də var...


Bu ilin avqust ayında 4 600-ə yaxın Türkiyə vətəndaşı sığınacaq almaq üçün Avropa İttifaqı ölkələrinə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının Sığınacaq Agentliyi yayıb.
Məlumatda bildirilir ki, sonuncu dəfə bu cür yüksək göstərici 2014-cü ildə olub. Belə bir göstərici ilə Türkiyə Əfqanıstan və Suriyadan sonra 3-cü yerdə qərarlaşıb.
Türkiyədən sonra – 4-cü sırada Hindistan vətəndaşları yer alıb. Avqustda Hindistan vətəndaşları tərəfindən 4200 müraciət daxil olub.
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin açıqladığı məlumatlarda isə qeyd olunur ki, yanvar-oktyabr aylarında Türkiyə vətəndaşlarından 15 957 müraciət daxil olub. Burada da yenə Əfqanıstan və Suriyadan sonra Türkiyə müraciət sayında 3-cü yerdədir.
 

DİGƏR XƏBƏRLƏR

Top