"Səfərbərlik elanından sonra 700 minə yaxın rusiyalı Gürcüstana daxil olub"


Sentyabrın 21-də Rusiya Federasiyasında qismən səfərbərlik elan edildikdən sonra 700 minə yaxın Rusiya vətəndaşı Gürcüstana daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Radio France”ın efirində deyib.
O bildirib ki, sözügedən şəxslərin 100 minə yaxını Gürcüstanda qalıb, 600 mini isə başqa ölkələrə gedib.
Zurabişvili qeyd edib ki, Gürcüstanda müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan 30 minə yaxın ukraynalı var:
"Zaman-zaman şifahi atışmalar olur, lakin ümumiyyətlə, Gürcüstana gələn və qalan ruslar açıq şəkildə müharibə edən Putin Rusiyasının taleyini bölüşmək istəməyən, səfərbər olmaq istəməyən insanlardır".
Qeyd edək ki, sentyabrın 21-də Vladimir Putin Rusiyada qismən səfərbərliyin başladığını elan edib.
Qərardan dərhal sonra kişilər Rusiya Federasiyasını kütləvi şəkildə tərk etməyə başlayıblar. Rusiya vətəndaşlarının ən çox üz tutduğu ölkələr Ermənistan, Gürcüstan, Monqolustan və Türkiyə olub.
Rusiya Müdafiə Nazirliyi 300 minə yaxın ehtiyatda olan hərbçinin səfərbər edilməli olduğunu açıqlayıb. Noyabrın 4-də Putin 318 000 rusiyalının səfərbər edildiyini və onlardan 49 mininin artıq Ukraynada döyüşdüyünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top