DİN-dən Kliniki Tibbi Mərkəzin həyətindəki narkomanlarla bağlı açıqlama - Yenilənib


Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülərə münasibət bildirib.
Nazirlikdən Yeniavaz.com-a bildirilib ki, görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
"Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.

***13:18
Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məsələnin bu cür ictimailəşdirilməsinin qurum tərəfindən dəstəkləndiyi bildirib.
"Bu məsələ həqiqətən də baş verir və bu bizi çox narahat edir. Çünki onların sayı günbəgün artır. Baş verənlərlə bağlı aidiyyəti üzrə müraciətlər etmişik. Yəqin ki, qısa zamanda bununla bağlı ciddi tədbirlər görülər.
Baş verənlər Mərkəzin heyətini, pasiyentləri və bir sözlə hər kəsi narahat edir", - Mərkəzdən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top