Bakı-Naxçıvan təyyarəsi hava şəraitinə görə geri qayıtmalı olub


Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin yaydığı məlumatda deyilir.
"Təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər", - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top