İrandakı etirazlarda 326 nəfər ölüb - 43-ü uşaqdır...


İranda “əxlaq polisi” tərəfindən saxlanılan Məhsa Əmininin dünyasını dəyişməsindən sonra başlayan etiraz aksiyaları daha da şiddətlənib və demək olar ki, ölkənin bütün regionlarına yayılıb.
Yeniavaz.com
xəbər verir ki, İran insan haqları təşkilatlarının Norveç qrupunun (IHRNGO) CNN-ə verdiyi məlumata görə, aksiyalarda indiyədək 326 nəfər dünyasını dəyişib.
Hüquq müdafiəçiləri verilən məlumatın “mütləq minimum” olduğunu iddia edirlər. Onların sözlərinə görə, ölən 326 nəfərdən 43-ü uşaq, 25-i qadındır.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan daha əvvəl BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb və bu söhbət zamanı digər məsələlərlə yanaşı, İslam Respublikasındakı iğtişaşlar da müzakirə olunub. Dialoq zamanı nazir, İrandakı etirazların bir sıra Qərb dövlətləri tərəfindən dəstəkləndiyini qeyd edib. Onun sözlərinə görə, bu, ölkədə vəziyyətin pisləşməsinə səbəb olub.
Bundan əvvəl İran kəşfiyyatının rəhbəri Seyid İsmail Xətib etirazlarla bağlı qeyri-sabitliyin regionun digər ölkələrinə də sirayət edə biləcəyini deyib.

DİGƏR XƏBƏRLƏR

Top