Sabah günün ikinci yarısından yağış yağmağa başlayacaq


Sabahın hava şəraiti haqqında məlumat açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək arabir yağış yağacağı gözlənilir.
Həmçinin noyabrın 14-ü gündüzdən 16-dək Azərbaycanın bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

DİGƏR XƏBƏRLƏR

Top