Rusiya qoşunlarının Xersondan çıxarılması Kremli parçalayır - ISW


“İşğalçı qüvvələrin Xersondan çıxarılması Rusiya Prezidenti Vladimir Putinlə “şahinlər” fraksiyası arasında parçalanmaya səbəb olur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə müdafiə və xarici siyasət məsələləri ilə bağlı araşdırma və təhlillər aparan, ABŞ-da yerləşən beyin mərkəzi Müharibə Tədqiqat İnstitutunun (ISW - Institute for the Study of War) sonuncu hesabatında deyilir.
Bildirilir ki, Putinin müharibə yolu ilə Ukrayna hökumətini devirmək və bütün Ukraynanı ələ keçirmək kimi maksimalist məqsədlərinə nail ola bilmədiyi üçün yüksək ideoloji müharibə tərəfdarı olan seçicilərin bir hissəsini sakitləşdirmək getdikcə çətinləşir.
“Volodimir Solovyov kimi ifrat sağçı təbliğatçılar getdikcə Kremldən və ali hərbi komandanlıqdan Ukraynanın məhv edilməsi ilə bağlı bütün vədləri yerinə yetirməyi tələb edirlər.
Xersonun itirilməsi Kerç körpüsünün partladılmasından sonra tərəfdarlarının gözündə Putin üçün yeni məğlubiyyətdir.
Analitiklər Putinin tənqid dalğasını “demək olar ki, görünməmiş” adlandırırlar” – deyə İnstitutun hesabatında bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top