Ermənistanın bəyanatları sülh gündəliyi ilə ziddiyyət təşkil edir – Prezident


Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil edir.

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında deyib. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Dövlətimizin başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top