Gürcüstandakı soydaşlarımız etiraz aksiyası keçirdi - Video


Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonunun Muşevani-Dəllər kəndində qızıl yataqlarının aşkarlanmasından sonra orada müvafiq işlərin aparılacağı sakinlərin böyük narazılığına səbəb olub. Soydaşlarımız bu səbəbdən etiraz aksiyası keçiriblər. 

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, kənd sakinləri “Dağlarımızın üstü altından dəyərlidir” şüarı ilə aidiyyəti qurumlara etiraz edirlər. Sakinlərin bir qismi məsələnin həllini kəndin köçürülməsində görürlər. Onların sözlərinə görə, hasilat işlərinə start verildikdən sonra kənddə problemlər yaranacaq.

Bəzi sakinlər isə kəndin köçürülməsinin əleyhinədirlər, onlar sadəcə qızıl hasilatı ilə bağlı nəzərdə tutulmuş işlərin ləğv edilməsini tələb edirlər.

Məsələ ilə əlaqədar Bolnisi Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin mətbuat xidmətindən bildirildi ki, Dəllər kəndində aparılacaq işlərə dövlət tərəfindən icazə verilib. Hasilatı "RMG Gold" şirkəti həyata keçirəcək. Adıçəkilən şirkətlə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz nəticəsiz qaldı.

Daha ətraflı videomaterialı təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top