Bayden bu dəfə ölkələrin adlarını qarışdırdı


ABŞ Prezidenti Co Bayden Kambocanın paytaxtı Pnompendə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) liderləri ilə sammit başlamazdan əvvəl danışarkən ölkənin adını səhv salıb.
Yeniavaz.com
xəbər verir ki, Bayden Kamboca əvəzinə Kolumbya deyərək, "mən Kolumbiyanın Baş nazirinə ASEAN-ın sədri kimi rəhbərliyinə və həmçinin hamımızı dəvət etdiyinə görə təşəkkür etmək istəyirəm", - deyə ABŞ lideri bildirib.
ABŞ Prezidenti getməzdən əvvəl də Ağ Evdə jurnalistlərlə söhbətində Kamboca ilə Kolumbiyanı səhv salmışdı. 
"İlk növbədə ətraf mühitlə bağlı iş üçün Qahirəyə gedirəm, sonra Kolumbiyaya gedirəm, sonra da İndoneziyaya gedirəm”, - deyə bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top