Mingəçevir məktəbliləri Türkiyədə medal qazandılar - Fotolar


Türkiyənin İzmir şəhərində təşkil olunan dünyanın 18 ölkəsinin 912 layihə ilə qatıldığı BUCA İMSEEF  Beynəlxalq Elm müsabiqəsində Mingəçevir şəhər məktəbliləri bürünc medala layiq görülüb.
Yeniavaz.com
xəbər verir ki, Biologiya fənnindən “Yeni texnologiyaların tətbiqi" mövzusu ilə qatılan məktəblilər Mingəçevir şəhər Təbiət-Riyaziyyat Humanitar Elmlər Təmayüllü Liseyin X sinif şagirdi Həsənli Rəsul və S.Vurgun adına 16 saylı məktəbin X sinif şagirdi Musayev Taleh olub .
Dünya ölkələrinin qatıldığı 912 layihədən 108 layihə qalib elan olunub. Onlardan biri Azərbaycan məktəblisinə aiddir.
Qeyd edək ki, layihə 31 oktyabr- 11 noyabr  tarixlərində təşkil olunub.
Layihə AMEA Aşqarlar Kimyası İnstitutunda icra olunub. İngilis dilində təqdim edilib.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top