Zaqatalada tütün zavodunda yanğın baş verdi


Zaqatalada tütün zavodunda yanğın hadisəsi olub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, yanğın rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən "Agro İndustry" MMC şirkətinə məxsus Tütünqurutma Zavodunda baş verib. Yanğın yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyyəti cəlb olunub. Yanğının qarşısı alınıb.

Yanğın zamanı qurutma kamerasında olan içərisində xurma ilə dolu 400 ədəd yeşikdən 100-ü yanıb, 300-ü isə yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb, baş vermə səbəbi araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top