Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 52 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 688 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 528 nəfər müalicə olunaraq sağalıb, 9 961 nəfər vəfat edib, aktiv xəstə sayı 199 nəfərdir.
Ölkədə son sutka ərzində 1 745, hazırkı dövrədək isə 7 343 007 test aparılıb
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/11/12/1/5b820927-67f5-4807-bf4c-3617b7274fe8/636faf259e882636faf259e8831668263717636faf259e87f636faf259e880.jpg)