Ukraynanın xarici işlər naziri Lavrovla görüşün mümkün olduğunu bildirdi


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində çıxışı zamanı belə bir təklif alınarsa, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək imkanını diqqətlə nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Strana” məlumat yayıb.
Eyni zamanda Kuleba bildirib ki, hazırda Rusiya Xarici İşlər Nazirliyindən belə bir təklif olmayıb.
Ukraynalı nazir çıxışı zamanı onu da vurğulayıb ki, o, sırf gözəl mənzərə naminə danışıqlar masası arxasına əyləşməyin mənasını görmür və Kiyev hazırda Moskvanın səmimi şəkildə danışıqlara can atdığına dair heç bir əlamət görmür.

DİGƏR XƏBƏRLƏR

Top