Azərbaycanda texniki baxışdan keçmə qaydasında dəyişiklik edildi - Qanun


Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, dəyişiklikdə qeyd olunub:
“Avtonəqliyyat vasitələri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılır. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsi ilə yoxlanılır”.

DİGƏR XƏBƏRLƏR

Top