Prezident bu şəxsləri təltif etdi - Sərəncam


Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə Əliyev Vaqif Hüseynağa oğlu və Hüseynov Nazim Qalib oğluna “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə İsayev Xəzər Ağali oğlu, Meftahəddinova Zemfira Əli qızı, Rəhimov Nazir Həzrətqulu oğlu və Şabanova Rəfiqə Mahmud qızı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Bundan əlavə eyni xidmətlərə görə Fərzəliyev Murad Qoçu oğlu və Kərimov Mehman Bayram oğlu “Tərəqqi” medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top