![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/9/2/1/0ff45c30-3b3e-4d67-a8f1-a0f651f9b7c8/zefer-tarixi-dersliyi.jpg)
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi ilə “Çaşıoğlu Elm-İstehsalat” MMC (VÖEN- 1300069061) arasında 9-cu siniflər üçün "Zəfər tarixi" dərs vəsaitinin çap olunması ilə bağlı müqavilə bağlanıb. Müqaviləyə əsasən Nazirlik 112 səhifədən ibarət olacaq 154 min 980 ədəd kitab üçün MMC-yə 216 min 916 manat 20 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, bir ədəd kitabın çapı üçün 1 manat 69 qəpik vəsait xərclənəcək.
Yeniavaz.com xəbər verir ki, Elm və Təhsil Nazirliyi “Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün "Zəfər tarixi" dərs vəsaitinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması”na dair tender keçirib.
Tender Komissiyasının qərarına əsasən qalib “Çaşıoğlu Elm-İstehsalat” MMC olub və həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
Xəbəri rus dilində oxuyun: Компания, печатающая "Историю Победы", имеет налоговый долг около 1 млн
Məlumat üçün bildirək ki, 3 min 980 manat nizamnamə kapitalı olan “Çaşıoğlu Elm-İstehsalat” MMC-nin qanuni təmsilçisi Hüseynov Ülfət Hikmət oğludur. Şirkət 26 sentyabr 1995-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, “Çaşıoğlu Elm-İstehsalat” MMC-nin ötən günə olan tarixə görə 939 min 398 manat 39 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/11/12/1/a0d2c3ec-fc67-418d-8293-7114708c429b/vergi-casioglu.jpg)
Elnur Əli