“Ərdoğandan müsbət təəssürat aldım” - Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan 6 oktyabr 2022-ci ildə Praqada ilk dəfə görüşdüyü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan müsbət təəssürat aldığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, paşinyan bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.
“Həm telefon zəngini, həm də görüşü müsbət qiymətləndirirəm. Ardıcıl iş, siyasi iradə və istək olarsa, bu danışıqlar bir-biri ilə uzlaşdırıla bilər ki, bu da münasibətlərin tənzimlənməsi deməkdir. Hamımız bilirik ki, bu məsələdə Azərbaycan da iştirak edir. Azərbaycanla da münasibətləri tənzimləmək istəyirik. Bütün problemlərin həll edilməsi üçün çalışamalarımız davam edir”, - deyə Paşinyan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top