Çin yaxın günlərdə yeni nəsil bombardmançı təyyarəni təqdim edəcək


Çin hakimiyyəti tezliklə ABŞ tərəfindən hazırlanan yeni “B-21 Raide” strateji bombardmançı təyyarəsinə cavab hesab etdikləri “H-20” bombardmançı layihəsini elan edə bilər. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Bilidirilib ki, təyyarə təqdim olunmağa hazırdır, təqdimat üçün düzgün vaxt gözlənilir. Həmçinin qeyd olunub ki, Çin Hərbi Hava Qüvvələri öz potensialını hərtərəfli modernləşdirməyə davam edəcək. Əvvəllər Çin strateji nüvə qüvvələri qitələrarası ballistik raketlər və nüvə sualtı raket daşıyıcılarının hazırlanması başa çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top