Britaniyanın Berlindəki səfirliyinin keçmiş əməkdaşı Rusiya casusu çıxdı - KİV


Böyük Britaniyanın Berlindəki səfirliyinin keçmiş əməkdaşı, Rusiya xeyrinə casusluqda ittiham olunan Devid Smit Londonun “Old Bailey” Mərkəzi Cinayət Məhkəməsində təqsirli bilinib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky News” kanalı məlumat yayıb. 58 yaşlı Smit rəsmi sirlər qanununu pozmaqda səkkiz bənd üzrə təqsirli olduğunu etiraf edib. Telekanalın məlumatına görə, Şotlandiyanın Qlazqo yaxınlığındakı Peysli şəhərində anadan olan Smit Berlindəki rus diplomata Britaniya səfirliyinin əməkdaşları və onların fəaliyyəti, o cümlədən yaşayış ünvanları və telefon nömrələri, həmçinin məxfi sənədlər barədə məxfi məlumatlar verib.

DİGƏR XƏBƏRLƏR

Top