ABŞ İrana görə Yaxın Şərqə iki B-52 yerləşdirib - “Politico”


İranın Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum planları fonunda ABŞ Yaxın Şərqə iki B-52 strateji bombardmançı təyyarəsini yerləşdirib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə noyabrın 11-də “Politico” Pentaqondakı mənbələrinə istinadən məlumat yayıb.
“İranın indi bölgədə yeni hücumlar həyata keçirmək istəklərinə təəccüblənməməliyik. Bu, bu rejimin taktikasıdır. Biz təhdid xəbərlərini izləyirik, onlar bizi çox narahat edir”, - deyə mənbə bildirib.
Xatırladaq ki, bir neçə gündür İranın Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum edəcəyi ilə bağlı məlumatlar yayılıb. İran XİN iddianı təkzib edib.

DİGƏR XƏBƏRLƏR

Top