
Rusiya bəzi ABŞ vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Onlar arasında Ağ Evin mətbuat katibi Karine Jan-Pierre, ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell ABŞ Prezidenti Co Baydenin qardaşları Ceyms və Frensis Bayden, həmçinin bacısı Valeri Bayden də var. Bundan əlavə, siyahıda MKİ-nin keçmiş direktoru Devid Petreusun da adı var.