““Twitter” iflas edə bilər”


Dünyanın ən varlı adamlarından biri İlon Mask “Twitter”i 44 milyard dollara satın almasından iki həftə sonra işçilərinə elektron poçt vasitəsilə şirkətin iflasa uğraya biləcəyi barədə xəbərdarlıq göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Mask, ““Twitter” azalan reklam gəlirlərini kompensasiya etmək üçün abunə gəlirlərini artıra bilməsə, qarşıdan gələn iqtisadi böhrandan çıxa bilməyəcək”, - deyə bildirib.
Qeyd edək ki, “Twitter”in 13 milyard dollar borcu var və qarşıdakı 12 ay ərzində ümumilikdə təxminən 1,2 milyard dollar faiz ödənişi gözləyir. Bu ödənişlər “Twitter”in ən son elan etdiyi pul axınından çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top