Mingəçevir şəhəri 74 yaşını qeyd edir - Video


Mingəçevirin şəhər statusu almasının 74-cü ildönümü ərəfəsində şəhərdə İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan bir sıra tədbirlər həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, YAP şəhər təşkilatının sədr müavini, hüquq mühafizə orqanlarını rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, mətbuat və kütləvi informasiya vasitələrinin işçiləri iştirak edib.
Tədbir çərçivəsində Zəfər Günü şərəfinə hazırlanan istirahət zonasına baxış keçirilib. İstirahət zonasının yaxınlığındakı ərazidə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi mübasibəti ilə ağac əkmə kampaniyası keçirilib. Ağac əkmə kampaniyasında şəhər rəhbərliyi ilə yanaşı YAP fəalları və ictimaiyyət nümayəndələri də fəallıq göstəriblər, 150-yə yaxın ağac tingləri əkilib.
Tədbir sonra Mingəçevir Dövlət Dram Teatrı dairəsindəki Teatr Meydanında davam edib. Əvvəlcə məktəbilərin, Mərkəzi kitabxananın əl işlərindən ibarət sərgiyə baxılıb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirin gedişatı zamanı vətəndaşlarla görüşərək söhbət əsnasında ürək sözlərini çatdırıb. Çıxışı zamanı Mingəçevirin şəhər statusu almasından danışaraq şəhərin tarixinə, keçmişinə, bu gününə nəzər salıb, hər bir şəhər sakininə Mingəçevirin ad günü münasibəti ilə ürəkdən təbriklərini çatdırıb.
Tədbirin sonunda şəhər rəhbəri Mingəçevirin inkşafındakı xidmətlərinə, fəallığına görə energetik Adil İsmayılova, Mingəçevir kənd icmasının sədri Etibar Əhmədova, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirova və Tibb Kollecinin direktoru Fikrət Zeynalova Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim edib.
Tədbir geniş konsert proqramı ilə davam edib.
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov






Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top