"Tək istəyim oğlumun yaşamasıdır, yardıma ehtiyacımız var" - Fotolar


5 aylıq Heybətov Sübhan Samir oğlu öd yollarının çatışmazlığından (biliar atrezi xəstəliyi) əziyyət çəkir. 
Yeniavaz.com
-a müraciət edən körpənin anası Rəvanə Heybətova bildirib ki, hazırda oğlunun müalicəsi üçün onlara 47 min manat lazımdır. 
“Oğlum 6 il sonra dünyaya gəlib. Biz onun yolunu çox gözləmişik. Hazırda öd yolları yoxdur, qaraciyəri bərbad vəziyyətdədir. Təcili qaraciyər köçürülməlidir. Yalnız həkimin ödənişi 47 min manatdır. Əslində isə oğlumun müalicəsi üçün 88 min manat lazımdır. Lakin yarım qalan ödənişi evimizi sataraq tamamlamağı düşünürük. Tək istəyim oğlumun yaşamasıdır. Bunun üçün yardıma ehtiyacımız var”.

Əlaqə nömrəsi: 055 614 19 90

Bank hesabı: Kapital Bank - 5239 1515 1172 6039 SAMIR HEYBATOV

 

DİGƏR XƏBƏRLƏR

Top