Azərbaycan iranlı narkotaciri İnterpol xətti ilə axtarışa verdi - Foto


Azərbaycan iran vətəndaşını narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı “qırmızı bülleten”lə beynəlxalq axtarışa verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Bildirilib ki, İran vətəndaşı Tohid Ahmedzadehdehghan qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.
42 yaşlı bu şəxs barəsində Azərbaycan məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılması ilə bağlı beynəlxalq axtarış elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top