"ABŞ İran qarşısında Azərbaycanın yanındadır"


"Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan əməllərinə qarşı durmağa davam edəcəyik".
Yeniavaz.com 
ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bunu mətbuat brifinqi zamanı departament nümayəndəsi Ned Prays deyib.
İranın bölgə üçün təhlükə olduğunu qeyd edən N. Prays ABŞ-ın İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib:
“ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu bu həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik”.

DİGƏR XƏBƏRLƏR

Top